Dəm qazı can aldı

26 Noyabr 2015 12:36 (UTC+04:00)

Abşeron rayonunda dəm qazından ölüm faktı baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, noyabrın 25-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşayan Araz Abbaszadə evində dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırmalar aparılır.