Ukrayna öz səmasını Rusiyanın üzünə bağladı

26 Noyabr 2015 02:49 (UTC+04:00)

Ukrayna bütün hava məkanını Rusiyanın üzünə bağlayıb. Bunu öz Tvitter səhifəsində Ukrayna Baş naziri Arseni Yaçenyuk paylaşıb.

Qeyd edək ki, bu gün Rusiya Ukraynaya qaz nəqlini dayandırdığını elan edib.