Kəmaləddin Heydərov Qazaxda qəbul keçirəcək

25 Noyabr 2015 19:31 (UTC+04:00)

Kəmaləddin Heydərov Qazaxda vətəndaşları qəbul edəcək. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın fövqəladə hallar naziri K.Heydərov tərəfindən 27 noyabr 2015-ci il tarixində Qazax şəhərində, Qazax Olimpiya İdman Kompleksinin inzibati binasında saat 11:00-dan vətəndaşların qəbulu keçiriləcək.

Qəbulda yalnız Qazax, Ağstafa, Tovuz, Şəmkir rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Qazax Olimpiya İdman Kompleksinin inzibati binasında 26 noyabr 2015-ci il tarixində saat 09:00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.