NATO-dan vurulan təyyarə ilə bağlı Açıqlama

24 Noyabr 2015 15:50 (UTC+04:00)

NATO Suriya ərazisində qəzaya uğrayan Rusiyaya məxsus "Su-24" tipli təyyarənin Türkiyə hava ərazisini pozması ilə bağlı açıqlama verib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, "Fransa Mətbuatı Agentliyi"ni məlumat verən NATO nümayəndəsi bildirib ki, hadisə ilə bağlı ətraflı araşdırma aparılır və vəziyyət təhlil olunur.

NATO nümayəndəsi qeyd edib ki, hazırda təşkilat türkiyəli səlahiyyətlilərlə danışıqlar aparır.