Şahmar Mövsümov ABŞ rəsmisi ilə görüşüb

24 Noyabr 2015 14:40 (UTC+04:00)

Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bridcet Brink arasında görüş keçirilib. Fonddan SİA-ya verilən xəbərə görə, Ş. Mövsümov B. Brinkə ARDNF-in fəaliyyəti, onun vəsaitlərinin idarə edilməsi, investisiya fəaliyyəti və Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) çərçivəsində Azərbaycanın gördüyü işlər barədə məlumat verib.

Görüşdə ölkələr arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.