"Twitter" bağlandı Son Dəqiqə

19 Noyabr 2015 14:25 (UTC+04:00)

"Twitter" sosial şəbəkəsi bağlanıb. SİA-nın məlumatına görə, sözügedən sosial şəbəkədə profili olan şəxslər sayta daxil ola bilmirlər. Problemin texniki səbəblərdən yarandığı ehtimal olunur.

Bununla bağlı "Twitter" tərəfindən rəsmi bir açıqlama verilməyib. İstifadəçilərin bir qismi telefon vasitəsilə sayta daxil ola bilirlər.