Nizami Kino Mərkəzində “Onların gözlərindəki sirr”

19 Noyabr 2015 14:04 (UTC+04:00)

Nizami Kino Mərkəzində noyabrın 19-dan etibarən ABŞ istehsalı olan "Onların gözlərindəki sirr" filminin nümayişinə başlanıb. SİA-nın verdiyi xəbərə görə, ssenari müəllifi və rejissoru Billi Rey olan bu film triller və detektiv janrındadır. Yaş məhdudiyyəti:16+

Federal təşkilatın vərdiş olunmuş həyat axarını baş vermiş böyük faciyə pozur: tədqiqatçı Cessin qızı qəddarcasına qətlə yetirilib. Sübutların kifayət qədər olmadığından qatili buraxmaq zorunda qalırlar. Amma Cessikanın müdirinə qarşılıqsız aşiq olan iş partnyoru Rey bu cinayət işinin açılması üçün hər fürsətdən istifadə edir. Hadisədən 10 il keçdiyinə baxmayaraq qızın sirli qətlini acmaq şansı yaranır. Bəli, qisasın, sevginin və ədalətin zaman məhdudiyyəti yoxdur.

Filmdəki rollara Hollivudun divaları Culiya Roberts və Nikol Kidman, həmçinin aktyorlar Çivetel Eciofor, Din Norris, Maykl Kelli, Alfred Molina, Lindon Smit, Co Koul, Mark Famiqletti və Toni Frenç çəkiliblər.