“Şahdağ” və “Neftçala” qələbə qazandı

12 Noyabr 2015 17:01 (UTC+04:00)

Futbol üzrə Azərbaycan I Divizionunda IX turun daha iki oyunu keçirilib. SİA-nın məlumatına görə, "Şahdağ" səfərdə "Göyəzən"i, "Neftçala" öz meydanında "Şəmkir"i məğlub edib. Nəticələri nəzərinizə çatdırırıq:

"Göyəzən" - "Şahdağ" 0:2
(Cəlal Cəlalzadə, 8 (ö.q); İsrafil Qarayev, 71)

"Neftçala" - "Şəmkir" 1:0
(Fərid Səmədzadə, 26)