Cüdoçularımız Avropa birinciliyində yarışacaqlar

12 Noyabr 2015 13:21 (UTC+04:00)

Noyabr ayının 13-dən 15-dək Slovakiyanın Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa birinciliyi keçiriləcək. SİA-nın məlumatına görə, mötəbər yarışda Azərbaycan cüdoçuları da mübarizə aparacaq.

Qitə birinciliyində ölkəmizi məşqçilər Elçin İsmayılov və Rəşad Məmmədovun rəhbərliyi altında 10 idmançı təmsil edəcək. Onlar Rəşad Rufullayev (66 kq), Telman Vəliyev (66 kq), Cəlil Şükürov (100 kq), Hidayət Heydərov (73 kq), Rüfət Tağızadə (60 kq), Davud Məmmədov (60 kq), Firudin Dadaşov (90 kq), Zelym Kotsoiev (90 kq), Səkinə Zairova (57 kq) və Leyla Əliyevadır (48 kq).