"ATƏT Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini nizama sala bilmir, nizama salmağa çalışanlara isə maneçilik törətmək istəyir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. O, ATƏT-in Minsk qrupunun ya öhdəlik götürməli, ya da maneçilikdən əl çəkməli olduğunu qeyd edib: "Zənnimcə, ATƏT ya bəlli zaman çərçivəsində münaqişəni həll etmək öhdəliyi götürməlidir, ya da prosesin düzəlmə istiqamətində atılan addımlara mane olmaqdan əl çəkməlidir. Bu qurumun mövqeyini təqdir etmirəm".