Cəbhədə erməni təxribatı

12 Noyabr 2015 00:38 (UTC+04:00)

Ermənilər yenə kəndlərə atəş açıb. Düşmən yandırıcı güllələrdən istifadə etməklə sakinlərin evlərinə ziyan vurub. Ermənilər yenə dinc sakinləri hədəf alıb. Yandırıcı güllələrlə sakinlərin evlərinə ziyan vurublar.

Düşmən ötən gecə Tərtərin cəbhə xəttində yerləşənYuxarı Qaradağlı və Qapanlı kəndlərini atəşə məruz qoyub. Atəş 2 saata qədər davam edib.

Ermənilər əsasən gecə fəaliyyətə başlayır. Xüsusi ilə də avtomobilləri atəşə tuturlar.

Müdafiə nazirliyinin məlumatına görə, cəbhə xəttində gərginlik qalmaqda davam edir. Ermənistan silahlı qüvvələri ötən sutka ərzində atəşkəs rejimini ümumilikdə 99 dəfə pozublar. Azərbaycan ordusu qarşı tərəfin bu addımını cavabsız qoymayıb. Azərbaycan Silahlı Qüvvələri atəşkəsi pozan erməni ordusunun mövqelərinə, atəş nöqtələrinə və səngərlərinə 110 atəş zərbəsi endirib.