2015-ci ilin yanvar-oktyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 milyard 970 milyon 247,0 min manat vəsait daxil olub ki, bununla da proqnoz tapşırığına 100,1 faiz əməl edilib. Bu barədə SİA-ya Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib.
Bildirilib ki, hesabat dövründə vergi orqanlarında 65 367 vergi ödəyicisi qeydiyyata alınıb.