Elçin Quliyev Qazaxıstana gedib

11 Noyabr 2015 14:41 (UTC+04:00)

Cari ilin 11 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti MDB Sərhəd Qoşunları Komandanları Şurasının (SQKŞ) Astana şəhərində keçiriləcək 74-cü iclasında müşahidəçi qismində iştirak etmək üçün Qazaxıstan Respublikasına səfər edib. DSX-nın mətbuat mərkəzindən SİA-ya verilən xəbərə görə, tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə bir sıra sərhəd qurumlarının nümayəndə heyətləri arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Səfər noyabrın 12-dək davam edəcək.