Pulunuza diqqətlə baxın!

11 Noyabr 2015 13:15 (UTC+04:00)

Bakıda saxta əskinasların hazırlanması faktı qeydə alınıb. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Sabunçu rayon 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Vüsal Cəlilovdan 39 ədəd saxta 20 manatlıq əskinas götürülüb. Onun Nizami rayonu ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı 1 ədəd "HP" markalı rəngli printer aşkar edilİb.

Faktla bağlı araşdırma aparılır.