Dəm qazı 2 can aldı

11 Noyabr 2015 13:13 (UTC+04:00)

Azərbaycanda bir gündə iki nəfər dəm qazından zəhərlənərək ölüb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 10-da Binəqədi qəsəbəsində yaşayan Nəriman Abbasov və Gəncə şəhərində yaşayan Ləman Heydərli dəm qazından zəhərlənərək ölüblər.