20 yaşlı oğlan adam bıçaqlayıb

11 Noyabr 2015 12:32 (UTC+04:00)

Bakıda adam bıçaqlayan şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Yasamal rayon 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 6-da Hüseyn Cavid prospektində Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Nurlan Əliyevə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Yardımlı rayon sakini, 1995-ci il təvəllüdlü Maqsud Sadiyev tutulub.

Faktla bağlı araşdırma aparılır.