Messi “El Klassiko”da oynayacaq?

11 Noyabr 2015 11:19 (UTC+04:00)

Zədəli olan argentinalı ulduz futbolçu Lionel Messi "El Klassiko"ya 11 gün qalmış topla çalışmalara başlayıb. SİA-nın məlumatına görə, 45 gün öncə "Las Palmas"la qarşılaşmada sıradan çıxan "Barselona"nın futbolçusunun "Real Madrid"lə oyuna çıxıb-çıxmayacağı sual altındadır. Məlumata görə, Messi bu oyuna qədər formasını bərpa etmək üçün xüsusi hazırlıq keçmir.

"Barsa" isə noyabrın 21-də keçiriləcək "El Klassiko"ya hazırlığı bugünkü məşqlə davam etdirəcək.