Bu küçələrdə su olmayacaq XƏBƏRDARLIQ

11 Noyabr 2015 11:00 (UTC+04:00)

Bakı şəhəri Səbail rayonu Xaqani küçəsində çəkilmiş magistral su xəttinə birləşmələrin verilməsi ilə əlaqədar 11 noyabr 2015-ci il tarixdə gün ərzində Xaqani, Puşkin və Rəşid Behbudov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə SİA-ya "Azərsu" ASC -nin mətbuat xidmətindən məlumat verilib.

Qurum yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.