Elnarənin "Məhəbbət"i

10 Noyabr 2015 11:29 (UTC+04:00)

Müğənni Elnarə Xəlilova "Məhəbbət başlar" adlı yeni mahnısını dinləyicilərinin ixtiyarına verib. SİA-nın verdiyi xəbərə görə, bəstənin sözləri Cavidana, musiqisi Muxtar Abseynova, mix-masteri Mövlud Niftəliyevə məxsusdur. "Məhəbbət başlar" lirik janrdadır və nikbin sonluqla bitən məhəbbət hekayətindən bəhs edir.