Hakkari, Diyarbakır və Yüksəkova bölgələri terrorçulardan təmizlənib

9 Noyabr 2015 00:17 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələrin ölkə daxilində terrorçulara qarşı əməliyyatı davam edir. Türkiyədə seçkilərdən sonra Türkiyə Silahlı Qüvvələri həm "İŞİD", həm də PKK terrorçularına qarşı xüsusi əməliyyatlar keçirib. Ötən gecədən başlayaraq Türkiyə-Suriya sərhəddində Türk Silahlı Qüvvələri və Türkiyə Hərbi Hava Qüvvələri havadan və qurudan "İŞİD" mövqelərinə avia zərbələr endirib.

O cümlədən PKK-nın ən önəmli mövqelərindən biri Hakkari, Diyarbakır və Yüksəkova bölgələri terrorçulardan təmizlənib.

Şəhid zabit İlkər Çelikcanın adını daşıyan antiterror əməliyyatında Türk əsgərləri 119 PKK terrorçusunu məhv edib.

Həmin ərazilər PKK-nın əsas bazaları sayılırdı. Əməliyyatlar zamanı Türkiyə ordusu 6 şəhid verib.

Türkiyə Mudafiə Nazirliyindən verilən məlumata görə, belə əməliyyatlar daha da sərt şəkildə qış boyu davam etdriləcək.