Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 80 cinayət faktından 26-nın üstü "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında dörd yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə iki nəfər dünyasını dəyişib, üç nəfər isə xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyənləşib.
Cinayət törətdiklərinə görə 37 nəfər tutulub.