Nazir müavini: “TASİM ilə bağlı ilkin memorandum imzalandı"

5 Noyabr 2015 13:04 (UTC+04:00)

"TASİM ilə bağlı ötən il bütün tərəfdaşların iştirakı ilə "BakuTel" çərçivəsində ilkin memorandum imzalandı və geniş müzakirələr getdi". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov deyib.

Nazir müavini bildirib ki, imzalanan memorandum çərçivəsində artıq 6 səviyyəyə enilərək qarşı ölkələrdəki operatorlarla ayrılıqda ətraflı müzakirələr aparılıb: "Bu il yeni bir neçə əlavə operatorlar ölkələrin maraqlarını nəzərə alaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin dəstəyi ilə bu sahədə aparılan bir çox müzakirələri nəzərə alaraq BakuTel"də də bununla bağlı ayrıca görüşlərin keçirilməsi planlaşdırılıb. Bu qədər ağır, ölkəmiz və dünya üçün əhəmiyyətli olan bu layihənin bu il daha da irəliləyişə doğru növbəti addımlar atılacağını düşünürəm".