Traktorla dənizə girdi, çıxa bilmədi

3 Noyabr 2015 10:52 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər (sularda xilasetmə məntəqəsindən, təxminən, 800 m solda, nəzarətsiz ərazidə) traktorla dənizə girib suyun dərinliyi cox olduğundan geriyə quru əraziyə çıxa bilməyib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, boğulmaq təhlükəsi ilə üzləşmiş şəxs FHN-nin dalğıc-xilasediciləri tərəfindən xilas edilib. Əməliyyat saat 05:15-də başa çatıb.