Müsavatçı müşahidəçi məntəqədə təxribat törətməyə cəhd edib

1 Noyabr 2015 14:18 (UTC+04:00)

26 saylı Sabunçu 1-ci seçki dairəsinin 11-ci məntəqəsində seçkiləri müşahidə edən Müsavat Partiyasının üzvü İmanov Rasim Nəsib oğlu demokratik seçki mühitinə kölgə salmaq məqsədi ilə təxribata cəhdlər göstərib. Hadisə şahidi olan SİA-nın əməkdaşının verdiyi məlumata görə, müsavatçı hay-küy salıb məntəqə sədrini təhqir edib. Onu qanunvericiliyin tələblərinə riayət etməyə dəvət etsələr də buna məhəl qoymayıb. Müsavatçı müşahidəçi bundan sonra nümayişkəranə şəkildə məntəqəni tərk edib.

RƏFİQƏ