ABŞ 7 ölkə ilə məxfi məlumat ötürülməsinə dair saziş imzalayıb

28 Oktyabr 2015 13:37 (UTC+04:00)

ABŞ Federal Ticarət Komissiyası (Federal Trade Commission) yeddi ölkə ilə transsərhəd məxfi məlumat ötürülməsinə dair saziş imzalayıb. SİA-nın məlumatına görə, ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada, İrlandiya, Niderland, yeni Zelandiya və Norveç tənzimləyici orqanlarına aparılan cari təhqiqatlarla bağlı məxfi informasiya mübadiləsinə imkan verəcək "GPEN Alert" (Global Privacy Enforcement Network) xəbərdarlıq sistemidir.

"GPEN Alert" təhqiqatların aparılması zamanı ölkələr arasında əlaqələndirmə prosesinin və təhlükəsiz informasiya mübadiləsinin yaxşılaşdırılmasına xidmət edəcək çoxtərəfli sistemdir. Sistem "Consumer Sentinel Network" şəbəkəsi bazası əsasında yaradılıb. Onun vasitəsilə ABŞ hüquq-mühafizə orqanları Federal Ticarət Komissiyasına ünvanlanan şikayətləri nəzərdən keçirə bilirlər.