Akif Nağı: “Heç vaxt heç kim özünü aldatmasın" AÇIQLAMA

27 Oktyabr 2015 11:56 (UTC+04:00)

"Bəzən Azərbaycan cəmiyyətində belə bir fikirlər səsləndirlir ki, Rusiya ilə münasibətləri normalaşdırmaq lazımdır, hər şey Moskvanın ixtiyarındadır, çalışmaq lazımdır ki, Rusiya ədalətli mövqe sərgiləsin və s. Hesab edirəm ki, bu, özünü aldatmaqdan başqa bir şey deyil". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı rəsmi Moskvanın hələ də Ermənistanın Dağlıq Qarabağı işğal etməsi faktını etiraf etməməsi məsələsinə münasibət bildirərkən deyib.

QAT sədrinin sözlərinə görə, Rusiya özü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini yaradıb: "O bu münaqişədən həm Azərbaycana, həm də Ermənistana qarşı təsir vasitəsi kimi istifadə edir. Heç vaxt heç kim özünü aldatmasın. Rusiya Dağlıq Qarabağ məsələsində obyektiv mövqe tutmayacaq. Çünki onun öz maraqları var. O, hazırki vəziyyətdə Ermənistanın mövqeyini müdafiə edir. Ona görə də rəsmi Moskva işğal faktını ittiham etmir, işğala qarşı çıxmır və s. Bu, Rusiyanın siyasətidir. Heç kəs ümid etməsin ki, Rusiya bu siyasətini nə vaxtsa dəyişəcək".