Fövqəladə Hallar Nazirliyinin (FHN) "Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə" daxil olmuş məlumata əsasən, Kürdəmir rayonunda bir nəfər intihar etmək niyyətini nümayiş etdirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb. Əməliyyat saat 14:50-də başa çatıb.