Azərbaycanda poçt markası dövriyyəyə buraxılıb

26 Oktyabr 2015 13:36 (UTC+04:00)

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərmarka" MMC Birləşmiş Millətlər Təşkilatının (BMT) 70 illik yubileyi münasibəti ilə poçt markası nəşr etdirib. SİA-nın məlumatına görə, markanın üzərində BMT-nin Nyu-Yorkda yerləşən qərargahı və loqotipi təsvir olunub.

Qeyd edək ki, poçt markasının nominal dəyəri 0,5 manat təşkil edir.