Ebru Gündeş bu dəfə həqiqiətən boşanır? FOTOLAR

24 Oktyabr 2015 13:11 (UTC+04:00)

Müğənni Ebru Gündeş paparassilərin hədəfinə düşüb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, həyat yoldaşı Rza Zərrabdan boşanacağı iddia edilən ifaçı, ailə vəkilinin yanından çıxarkən jurnalistlərlə qarşılaşıb. Müğənninin barmağında üzüyün olmaması da yenidən boşanma xəbərlərini gündəmə gətirib.

Ailə vəkiliylə təxminən yarım saatlıq görüşdən sonra ofisdən çıxan Ebru verilən suallara həmişəki kimi "lazımsız xəbərlərə cavab verəcək vaxtım yoxdur" deyib.

Qeyd edək ki, son zamanlar E.Gündeş və azərbaycanlı iş adamı R.Zərrabın boşanacağı haqda dedi-qodular medianın gündəmindən düşmür.