Hakerlər telekommunikasiya şirkətinə hücum edib

23 Oktyabr 2015 15:01 (UTC+04:00)

Hakerlər il ərzində üçüncü dəfə Böyük Britaniyanın "TalkTalk" telekommunikasiya şirkətinə hücum ediblər. Kibercinayətkarlar tərəfindən istifadəçilərin bank kartları məlumatlarının oğurlanması güman edilir. SİA-nın məlumatına görə, hakerlərin həmçinin şirkətin məlumat bazasından abunəçilərin adlarını, onların ev ünvanlarını, telefon nömrələrini, elektron poçt ünvanlarını, "TalkTalk" şirkətindəki hesablarını oğurladığı ehtimal olunur.

İstifadəçilərinin sayı 4 milyon təşkil edən "TalkTalk" internet xidmətləri göstərir, stasionar və mobil rabitəni təmin edir, eləcə də informasiya texnologiyaları sahəsində texniki dəstək təklif edir.

Şirkətə əvvəllər edilən kiberhücumlar 2015-ci ilin fevral və avqustunda həyata keçirilib.