Gürcü qızı ilə azərbaycanlı sənətçinin eşq macərası FOTOLAR

22 Oktyabr 2015 10:59 (UTC+04:00)

Gürcü qızı azərbaycanlı oğlanla eşq yaşayır. SİA-nın verdiyi xəbərə görə, söhbət azərbaycanlı gənc müğənni Rəşal Kərimovun maraqlı ekran əsərindən gedir. Belə ki, Rəşalın ifa etdiyi "İzahat" mahnısına çəkilən klipin süjet xətti gənclərin qarşılıqlı sevgisindən bəhs edir. Klipdə cütlüyün intizar, iztirab hissləri əks olunsa da, sonda hadisələr nikbin bitir.

Klipini Tiflisdə çəkdirən müğənninin tərəf müqabili Gürcüstanın tanınmış aktrisası Tamarella Qaçibaiadır. Ekran işini rejissor Elnur Əliyev lentə alıb.

Qeyd edək ki, "İzahat" mahnısının sözləri Altay Yaşara, musiqisi Camal Qurbanova, aranjimanı Rəşad Bağırova aiddir.