Gəncədə əmi qardaşı qızını və nəvəsini bıçaqlayıb

12 Oktyabr 2015 20:02 (UTC+04:00)

Gəncədə əmi qardaşının qızını və nəvəsini bıçaqlayıb. Hadisə bu gün günorta saatlarında qeydə alınıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən Gəncə şəhər sakinləri - 38 yaşlı Elnarə Xarafruz və onun qızı 17 yaşlı Səkinə Xarafruz bıçaqlanıb. Yaralılar dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Bədənlərinin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alan yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisənin hansı zəmində baş verdiyi aparılan araşdırmalardan sonra məlum olacaq. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

İlham Məmmədzadə