Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, oktyabrın 11-də saat 22 radələrində Tovuz rayonunun Əlimərdanlı kəndində rayon sakini İmran Hüseynov idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarında təmirə dayanmış Tovuz şəhər sakini Murad Mirzəyevə məxsus "VAZ-21011" markalı avtomobilə vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş M.Mirzəyev orada ölüb.
Tovuz RPŞ tərəfindən araşdırma aparılır.