63 saylı marşrutun istiqaməti dəyişdirildi‏

12 Oktyabr 2015 09:57 (UTC+04:00)

Sərnişindaşıma sahəsində optimallaşdırılma işləri davam etdirilir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu gündən (12 oktyabr 2015-ci il) paytaxtda 63 saylı (əvvəlki 6 saylı) marşrut avtobusunun hərəkət istiqamətində dəyişiklik edilib. Belə ki, əvvəllər sözügedən marşrut avtobusu "Oksford" məktəbi - Elmlər Akademiyası m/s – Bakıxanov küç. – Həsən Əliyev küç. – Gənclik (5 saylı xəstəxana) – Ağa Nemətulla küç. – F. Xoyski küç. – "Montin" bazarı istiqamətində hərəkət edirdisə, sabahdan etibarən "Oksford" məktəbinin qarşısından Gənclik m/s-nın yaxınlığına kimi fəaliyyət göstərəcək.