Sabunçuda yanğın baş verib

9 Oktyabr 2015 10:57 (UTC+04:00)

Bakı şəhəri, Sabunçu rayonunda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisinə yığılmış ev əşyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.