Nizami Kino Mərkəzində “Marslı” 16+

8 Oktyabr 2015 14:28 (UTC+04:00)

Nizami Kino Mərkəzində bu gündən etibarən "Pen: Netlandiyaya səyahət" və "Marslı" filmlərinin nümayişinə başlanıb. Mərkəzdən SİA-ya veilən məlumata görə, "Pen Netlandiyaya səyahət " filmi Avstraliya, ABŞ və Böyük Britaniya kinematoqrafçılarının istehsalıdır. Fentezi və məcara janrında olan filmin rejissoru Co Rayt ssenari müəllifi Ceyson Fuksdur. Filmin sloqanı: "Hər əfsanənin başlanğıcı var" Yaş məhdudiyyəti: 6+

Film sehrli Netlandiyada təhlükəli macəralarla qarşılaşan ata-anasız birindən bəhs edir. Çətinliklərlə qarşılaşdıqda başa düşür ki, onun taleyi qəhrəmanlıq edib həmişəlik yaddaşlarda Piter Pen adı ilə qalmaqdır.

Filmdə baş rollara Xyu Cekman, Levi Miller, Qarret Xedlund, Runi Mara, Adil Axtar, Nonso Anozi və başqaları çəkilib.

Rejissor Ridli Skottun, Dryu Qoddardın ssenarisi əsasında çəkdiyi "Marslı" filmi fantastika və macəra janrındadır. Sloqanı: "Onu evə qaytarın" Yaş məhdudiyyəti:16+

"Ares -3" mars misyasını yerinə yetirərkən, iş əsnasında yaranmış təhlükəyə görə planeti tərk etməyə məcbur qalır. Mühəndis və bioloq Mark Uotni qum fırtınası nəticəsində skafandrını zədələyir. Misiyanın əməkdaşları Markı ölmüş bilib, planeti onsuz tərk edirlər. Özünə gəldikdə Uotni başa düşür ki, Yer kürəsi ilə əlaqəsi kəsilib. İndi o, dörd ildən sonra gələcək "Ares -4" misiyasını gözləmək üçün həyatda qalmağı bacarmalıdır.

Filmdə rollara Mett Deymon, Cesika Çesteyn, Kristen Uiq, Ceff Daniels, Maykl Penya, Şon Bin, Keyt Mara, Sebastyan Sten, Aksel Henni, Çivetel Eciofor və başqaları çəkilib.