Müəllimlərə şad xəbər maaşlar artacaq

7 Oktyabr 2015 16:41 (UTC+04:00)

"Gələn il Azərbaycanda müəllimlərin maaşı artırılacaq". SİA-nın məlumatına görə, bu haqda Milli Məclisin Sosial Siyasət komitəsinin iclasında komitə sədri Hadı Rəcəbli məlumat verib.

Onun sözlərinə görə, 2016-cı ildə orta ümumtəhsil məktəblərinin 22 min müəlliminin maaşında artım olacaq. "22 min müəllimin maaşının artırılması üçün 50 milyon vəsait nəzərdə tutulub. Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsində sosial sahələrlə bağlı rəqəmlər azaldılmayıb. Bu da büdcəmizin sosialyönümlü olmasına dəlalət edir".

Komitə sədri əlavə edib ki, növbəti il Azərbaycanın 12 regionunda müəllimlərin attestasiya mərkəzi yaradılacaq.