Güləşçimiz Hərbçilərin Dünya İdman Oyunlarında bürünc medal qazanıb

6 Oktyabr 2015 17:28 (UTC+04:00)

Koreyanın Mungyeong şəhərində Hərbçilərin 6-cı Dünya İdman Oyunları keçirilir. SİA-nın məlumatına göə, yarışda ölkəmizi Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma güləşi üzrə komandası təmsil edir.

Sərbəst güləş yarışlarının ilk günündə 57, 65, 74 və 97 kq çəkidə güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.

65 kq-da mübarizə aparan Ağahüseyn Mustafayev əvvəlcə Almaniya təmsilçisi Kevin Henkeli (11:0), ardınca isə hindistanlı Raniş Ranişi (10:0) məğlub edib. Yarımfinalda Rusiya təmsilçisi Maqomed Kurbanaliyevə 1:3 hesabı ilə uduzan güləşçimiz bürünc medal görüşünə çıxıb. Həlledici görüşdə Ukraynadan Vasil Şuptarla qarşılaşmanı (5:0) qalib tamamlayan Ağahüseyn Mustafayev yarışların bürünc medalını qazanıb.

57 kq çəkidə yarışan Ruslan Qasımov ilk görüşdə Rusiya təmsilçisi Azamat Tuskaevi (3:2) məğlub edərək mübarizədən kənarlaşdırıb. Yarımfinalda qazaxstanlı Vladimir Kudrinə (5:10) uduzan güləşçimiz bürünc medal görüşünə çıxıb. Ancaq hindistanlı Manqal Kadyanla görüşdə də (4:11) məğlub olan Ruslan yarışları 5-ci sırada tamamlayıb.

Sərbəst güləş yarışlarının ikinci günündə Mircəlal Həsənzadə (61 kq), Coşqun Əzimov (70 kq) və İbrahim Yusubov (86 kq) xalça üzərinə çıxacaq.