"Mobil cihazların qeydiyyatdan keçirilməsi" elektron xidməti yenə də "Elektron hökumət" portalı üzərindən ən çox istifadə olunan xidmətlərdən olub. SİA-nın məlumatına görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi bu xidmətin sentyabr ayı üzrə statistikasını aparıb.
Statistikanın nəticələrinə görə, istifadəçilər elektron xidmətdən ötən ay 49 506 dəfə faydalanıblar.
Qeyd edək ki, vətəndaşlar xarici ölkələrdən aldıqları mobil cihazları sözügedən xidmət vasitəsi ilə asanlıqla qeydiyyatdan keçirə və onlayn ödəniş edə bilirlər.