Sevda Yahyayeva keçmiş prodüseri ilə bir araya gəldi

2 Oktyabr 2015 14:14 (UTC+04:00)

Müğənni Sevda Yahyayeva keçmiş prodüsseri Pərviz Əsgərovla yenidən iş birliyinə başlamaq niyyətindədir. Bu haqda SİA-ya prodüserin özü məlumat verib: "Murad Ariflə və Sevda Yahyayeva ilə yenidən bir araya gələcəm. Hər ikisi yaxın dostlarımdır. Onlarla çalışmaq zövq verməklə yanaşı, həm də məsuliyyətdir. Yenidən Sevda ilə çalışmağım Muradla olan işlərimə mane olmayacaq. Düşünürəm ki, hər ikisinin də öhdəsindən yetəri qədər gələ biləcəyəm."

Nəzərinizə çatdıraq ki, Pərviz Əsgərov 2010-2013-cü illərdə birlikdə çalışan Sevda və Pərviz daha sonra iş birliyinə son vermişdi. Səbəb isə Pərvizin şou-biznesdən uzaqlaşmaq istəyi idi.

Qeyd edək ki, Pərviz Sevdanın Heydər Əliyev Sarayında baş tutan "Tut əlimdən", "Yuxu" və Rafet El Romanla olan konsertlərinin təşkilatçısı olub.