Beləliklə, Əli Kərimli yenidən AXCP-yə sədr dütrüldü. Lakin dürtülməyi qalsın bir yana, Kərimli deyilən bir siyasi manqurt bu gün onun üzünə özü haqqında əsl reallıqları, həqiqətləri çırpılarkən belə, həyasızlığından geri qalmır. Qardaş, fakt budur ki, onun partiyası (Bəli, məhz onun! heç də xalqın, tərəfdarlarının deyil-R.) növbəti dəfə "vot-vot" parçalanmaq ərəfəsindədir, Razi Nurullayev və tərəfdarları bir tərəfdən onun möhürünü, ştampını əlində almaq, Sahib Kərimli isə sona qədər mübarizə aparıb AXCP-yə sədr olmaq iddiası ilə çıxış edir, amma bu "adam" hələ də geydirmə qurultay etforiyasından çıxa bilmir. Üstəlik, elə bir "dəhşətli", "vəhşətli", hətta "beton divarları belə dəlib keçə biləcək nitq" söyləyir ki, qıraqdan baxan ortada olan fakta deyil, onun yalanlarına inanır. İnanın ki, bu belədir! Və əslində, bu Əli Kərimlinin köhnə metodlarındandır.
Məsəlçün, onun yolunda özlərini türmələrə, həbslərə atanların məhkəmələrinə gedib, guya "məzlum" cəbhəçilərin təəssübünü çəkdiyini ən yüksək artistlik perfonmansı ilə sərgiləyən Əli Kərimli ortada görünər-görünməz özü kimi siyasi təlxəkləri düşürlər ortaya və belə deyilər – əşşi, "vsyo" eee! ta bu dəfə biz gəlirik! Kişisənsə dur qabağımda və s.Yaxud, "aha, budur, prezident adminstrasiyasının qapısından növbəti dəfə biz girəcəyik içəri"…Yəni normal düşüncəli insanlar, siyasətlə-miyasətlə az-maz maraqlananlar dəfələrlə bu cür ucuz və səyyar teatr səhnələrinin şahidləri olublar. Amma sonra nə olur? O olur ki, bir az "içəridə" real azadlığın dadını başa düşərək, "qələt eləmişəm, … yemişəm Əli Kərimli kimi bir nadürüstə, aferistə, artistə,dələduza qoşulmuşam" məktubunu yazıb ondan imtina edənlərin şəkilləri dərhal "Azadlıq" qəzetinin səhifələrindən yığışdırılır. Üstəlik, onlar "satqına" çevrilirlər. Əcəba, dünənə qədər sənə görə ali təhsilini itirənlər, gələcəklərini, gəncliklərini puç edənlər nəyə görə yaxşı idi ki, sonra da olurlar pis? Bax, Əli Kərimli bir dəfə də bu sualın cavabını versin ki, biz də görək, bir şey anlayaq ki, bu canlı siyasi gədalıq nümunəsi "voobşe" nə demək istəyir neçə illərdir ki! Cavab versin ki, onun siyasi maraqlarına görə ali təhsillərini yarımçıq qoyub, tələbəlik həyatlarını həbsxana həyatı ilə əvəzləyənlər dörd divar arasında düşdükdən sonra həmin gənclərin "şotuna" pul qazanıb xaricdə oğul oxutduran Əli Kərimli bundan sonra hələ neçə növcavanların talelələri ilə oynamağı düşünür axı?! Əlbəttə ki, bu sualların cavabı verilməyəcək. Çünki veriləcək cavab da yoxdur…
Amma bunun əvəzinə saxta, oyuncaq, geydirmə, əttökən qurultay keçirib yekə-yekə danışmağı bacarır həmin bu siyasi gədalığın canlı nümunəsi. Baxın və görün nə deyir, mən ölüm! Deyir ki, "MƏNİM KİTABIMDA QAÇMAQ VƏ FƏRARİLİK YOXDUR" (???!!!-R: "İmkanım olsaydı, sual-nidaların saynı birə on artırardım…)
Necə yəni yoxdur? Dünənə qədər mitinqlərdə qaçan bəs kim idi? 2005-ci ildəkini deyirəm e, parlament seçkiləri zamanı "Qələbə" kinoteatrının qarşısındakı mitinqləri. Həmin vaxt boynuna narıncı şərf dolayıb saçın da üzünə dağılmış halda, rəngin də ki, ağappaq! Qoçularının əhatəsində polis dəyənəklərindən qoruna-qoruna dabanına tüpürən kim idi? Əlbəttə ki, sən! İndi nə durub-deyirsən ki, kitabım belə gəldi, dəftərim də belə getdi…Axı ümumiyyətlə, sənin kitabın-zadın da yoxdur. Əgər ki, kitabın olsaydı, ən azından bu qədər düşüklük edib, gəda adını özünə yaraşdırmazdın, dedizdirməzdin Əli Kərimli! Özü də muzdla topladığın "axecepeşniklərin" qabağnda. Demək sən - kitabsız mitinqdən qaçanda xəyanətkar, satqın olmursan, amma sənin ikiüzlü, riyakar, xain siyasətini görüb səndən aralananlar olurlar satqın, xəyanətkar. Məsələn, Müsavat partiyası bütövlükdə satqın çıxdı. Nədir ki, sən və ipli kuklan Cəmil Hsənli "Milli Şura"nın sükanını Rusiyanın qaranlıq dairəsinə vermişdiniz. Amma nə danışırsınız, bəylər, Əli Kərimli aydan arı, sudan durudur. Hətta o, o qədər "pak", "mübarək", "xətasız" məxluqdur ki, ona söz deyən kəs dərhal çarpılar! Məsələn, məni tam "əminliklə" iddia edirəm iki, "vot-vot" Sahib Kərimli və Razi Nurullayev, eləcə də onları dəstəkləyən anti-kərimovçular "çarpılacaqlar". İndi görərsiniz!
Nə olsun ki, Əli Kərimli kitabsız, mürvətsiz və urvarsızdır, zato ona söz deyən dərhal çarpılır. Ayə, birdən mən də çarpılaram e. Az qala 16 ildir ki, onu eldən-beləyə, belədən də eləyə "sürüyürəm"…