Bu gün Azərbaycanda müqəddəs Qurban bayramı tətili başlayır. Bu il Azərbaycanda Qurban bayramı sentyabrın 24-də və 25-də qeyd edilir.
Qurban bayramı İslamın iki əsas iki bayramından biridir. İkinci əsas bayram isə Ramazan bayramıdır. Bu bayram müsəlmanların Həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı Hicri-qəməri təqvimi ilə Zilhiccə ayının 10-cu günü Məkkədə Həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.
Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, Bakının "Təzə Pir" məscidində bayram namazı sentyabrın 24-də səhər saat 09:00-da qılınacaq. Qurban bayramı və ya Dini qurban kəsmə bayramı İslam aləmində ən müqəddəs bayramlardan biri sayılır. Bu bayram bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir.
Hər il olduğu kimi bu il də İslam dünyası Qurban bayramını fərqli vaxtlarda qarşılayır. Bayram bu il 3 fərqli günə təsadüf edir. Belə ki, bəzi ölkələr Qurban bayramını 4, bəziləri 5, bəziləri isə 6 oktyabrda qarşılayır. İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" qanuna əsasən, Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.
2015-ci il Azərbaycanda Qurban bayramı ilə əlaqədar Azərbaycanda 4 gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetindən bildirilib ki, hökumət tərəfindən 2014-cü il noyabrın 21-də "2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" qərar qəbul edilib.
Bu haqda Nazirlər Kabineti (NK) xəbər verib. NK-nın "2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" qərarına əsasən, iki gün - sentyabrın 24-ü və 25-i qeyri-iş günüdür.
Növbəti iki gün - 26-27 sentyabr şənbə və bazara təsadüf edir. Beləliklə, sentyabrda 4 gün qeyri-iş günü olacaq.
Azərbaycan qanunvericiliyinə, xüsusən Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, bayram günü istirahət günlərinə təsadüf etdikdə, növbəti həftənin ilk iş günləri istirahət günü hesab olunur.
Qurban Bayramı İslamın Ramazan Bayramı ilə bərabər 2 ən böyük bayramından biridir.
Sınaq, Hz. İbrahim bıçağı İsmayılın boğazına dayayıb kəsmək üçün çəkənədək davam edir. Yalnız bundan sonra Allah təala bu əmrin yalnız sınaq olduğunu bildirərək, İsmayılın əvəzinə qoç kəsməyi tapşırır.