Millinin məşqçiləri oyunları izləyəcək

23 Sentyabr 2015 17:52 (UTC+04:00)

Futbol üzrə Azərbaycan milli komandasının məşqçisi Qordan Tsipriç millinin üzvü Tuğrul Eratın çıxışını izləmək məqsədilə sentyabrın 26-da Münxenqladbax şəhərində keçiriləcək "Borussiya-2" (Münxenqladbax) - "Fortuna-2" (Düsseldorf) oyununa baxacaq. SİA-nın məlumatına görə, baş məşqçinin digər köməkçisi Elxan Abdullayev isə oktyabrın 1-də UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Krasnodar" (Rusiya) - "Qəbələ" oyununu izləyəcək.