Bayram namazının vaxtı açıqlandı

22 Sentyabr 2015 12:27 (UTC+04:00)

Azərbaycanda Qurban Bayramı münasibətilə qılınacaq bayram namazının vaxtı məlum olub. SİA-nın Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Bayram namazı sentyabrın 24-də səhər saat 09:00-da Bakının "Təzə Pir" məscidində qılınacaq.

Qurban bayramı namazı qılmaq istəyən möminlər üçün hər cür şərait yaradılacaq və namaz digər məscidlərdə də eyni vaxtda qılınacaq.

Qeyd edək ki, Azərbaycanda oktyabrın 24-i və 25-i Qurban Bayramı günü kimi qeyd olunur.