Dünya modasında şok FOTOLAR

21 Sentyabr 2015 14:51 (UTC+04:00)

Britaniyanın ən məşhur moda ekspertlərindən və tənqidçilərindən biri Sara Uayn Londonda keçirilmiş "London Fashion Week"də nümayiş olunmuş kolleksiyaları "moda həftəsində ən böyük şok" (Biggest shock of fashion week) adlandırıb.

SİA Daily Mail-ə istinadən bildirir ki, Ueynin fikrincə, Londondakı moda şousundakı kolleksiyalarda ilk dəfə olaraq adi, sıravi, normal insanların tələbatları, mümkün istəkləri və arzuları nəzərə alıb.

"İlk dəfə anladım ki, moda mənim kimi 40 yaşlı qadınlara arxa çevirmir, adi insanları düşünməyə başlayır", - Uayn bildirib.