Çinin yeni "Çançjen-6" (Böyük yürüş) raketdaşıyıcısının ölkənin şimalında Şansi əyalətində yerləşən Tayyuan kosmodromundan uğurlu buraxılışı həyata keçirilib. SİA-nın məlumatına görə, "Çançjen-6" Çinin ekoloji təmiz yanacaq - kerosin və maye oksigen qatışığı ilə işləyən ilk raketdaşıyıcısıdır.
Çin Milli Kosmik İdarəsi (CASC) nümayəndələrinin sözlərinə görə, yeni yanacaq buraxılış xərclərini azaltmağa və Çin raketdaşıyıcılarının beynəlxalq arenada rəqabət qabiliyyətliliyini artırmağa imkan verəcək.
Hazırkı buraxılış "Çançjen" raket ailəsi üçün say etibarilə 210-cu buraxılışdır, - "Lenta" - yazır.