Qabil Hüseynli: “Bu, onların özlərinə zərbədir” AÇIQLAMA

18 Sentyabr 2015 15:58 (UTC+04:00)

"Rusiyanın Dağlıq Qarabağa qoşun göndərmək barədə məlumatı ABŞ-ın kəşfiyyat şirkəti "Stratfor" yayıb. Bu, özəl bir şirkətdir". Bunu SİA-ya politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, ümumiyyətlə bu özəl şirkətin məlumatları heç də həmişə düzgün olmur: "Rusiyanın fikrində var ki, öz qoşunlarını Dağlıq Qarabağda yerləşdirsin. Amma siyasi rəhbərliyi buna razı deyil. Əgər rəsmi Bakı tərəfindən razılıq yoxdusa, deməli bu heç zaman baş tuta bilməz. Bu nöqteyi-nəzərdən həmin qrupun verdiyi məlumatı qeyri-düzgün hesab etmək lazımdır. Onlar həmişə bu kimi kəşfiyyat materiallarını yaymaqla məşğul olur. Bu məlumat isə öz əksini tapmayanda onların özləri biabır olur. Bütün bunlar birinci növbədə onların özlərinə zərbədir".