Levon Aronyan Bakını gəzdi FOTOLAR

18 Sentyabr 2015 10:17 (UTC+04:00)

Bakıda keçirilən Dünya Kubokunun 1/32 final mərhələsində məğlub olan Ermənistan şahmatçısı Levon Aronyan Azərbaycan paytaxtını gəzməyə imkan tapıb. Dünya Kubokunun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Bakını tərk etməzdən əvvəl İçəri Şəhərdə olan Aronyan tarixi abidələrlə, eləcə də məşhur rus filmi "Brilliant əl"in çəkildiyi məkanla tanış olub. Qeyd edək ki, Aronyan dünən Azərbaycanı tərk edib.