Bu şəhərdəki adət-ənənələr normal insanda ən azı şok effekti yarada bilər. Çünki yetkinlik yaşına çatmamış, 10-14 yaşında olan qızlar "Bakirəlik lotereya"sında "cek-pot" təki istifadə olunurlar. Bu lotereyanın 10 dollarlıq biletini alan hər kəsin "bakirə qız udmaq" və bu qızla gecə keçirmək şansı var. Beləcə, şəhərdə uşaqbazlıq, pedofiliya az qala qanuniləşdirilib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Braziliyanın şimal-şərqindəki şəhərin birində təşkil olunan lotereyada hər həftə bir bakirə qız "baş mükafat" sayılır.
"Baş mükafat"dan savayı, "adi mükafat"lar qismində ən kiçiyi 20 yaşlı qadınlar da var.
Britaniyadakı "Meninadanca" fondunun apardığı araşdırma nəticəsində məlum olub ki, şəhərdə anaların qızlarını fahişəliyə vadar etməsi ataların 12-15 yaşlı qızlarını satışa çıxarmaları az qala adi, rutin iş sayılır.
Fahişəliklə məşğul olan 16 yaşlı Rozalinda deyir: "12 yaşım olanda məni lotereyada 53 yaşlı kişi uddu. Bakirəliyimi həmin gecə, onunla itirdim. Ertəsi gün isə anam məni "iş"ə çıxardı. O vaxtdan bəri işləyirəm. Hər gün çalışıram. Müştəri bol olanda gündə 15-20 kişi ilə yatıram. Qiymət də 3 realdır. Bacılarım Rohana, Raysa və Mariya da mənimlə işləyirlər".
3 Braziliya realı təqribən 0,75 dollardır.
Şəhərin çimərlik olan hissəsində, otellərini qarşısında duran fahişələr arasında 14-18 yaşlılar əksəriyyət təşkil edir.
Həmin zavallılar arasında "pullular" narkotik maddələr qəbul edir, "yoxsullar" isə yapışqan və ya kimyəvi maddələr qoxulayaraq toksikomanlıqla məşğul olurlar.
12 yaşlı Rohala da fahişəlik edir. Dediyinə görə, qazandığı pulların hamısını sahildəki "favela"da, daxmada yaşayan anasına verir.
Rohalanın anası narkomandır və qızının bədənini sataraq qazandığı pulları son realadək narkotik maddələrə xərcləyir.
Braziliyalı vəkil Maykl Fariasın dediyinə görə, ötən həftədə "bakirəlik lotereya"sının baş mükafatı 11 yaşlı qız olub.
"Bu qızlar sonradan fahişələrə dönürlər və çoxu da "iş" tapmaq üçün Rio-de-Janeyroya gedirlər" - deyə, Faris söyləyib.