U-19 (qızlar) böyükhesablı qələbə qazanıb

16 Sentyabr 2015 14:15 (UTC+04:00)

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirib. SİA-nın məlumatına görə, uelsli həmyaşıdları ilə qarşılaşan yığmamız 4:1 hesabı ilə qələbə qazanıb. Yaiza Releanın dubl etdiyi oyunda komandamızın digər qollarını Kristina Bakarandze və Nigar Cəlilli vurub.

Yığmamız növbəti oyununu sentyabrın 17-də saat 20.00-da Belçika millisinə qarşı keçirəcək.